Çində koronovirusa yoluxanların sayı 74 min 576 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çinin Səhiyyə Nazirliyi yoluxanlardan 2118 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.

Məlumata görə, 16 min 155 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

"Dövlət Səhiyyə Komitəsinə 31 əyalətdən (rayonlardan, mərkəzi tabe şəhərlərdən) yeni növ koronovirusa 74 min 576 nəfərin yoluxması, hazırda 56 min 303 nəfərin xəstəlikdən əziyyət çəkdiyi (11 min 864 nəfərin vəziyyəti ağırdır), 16 min 155 nəfərin isə sağalması ilə bağlı məlumat daxil olub. Son statistik rəqəmlərə görə, 2118 nəfər dünyasını dəyişib”- deyə, məlumatda qeyd olunur.

Qeyd edək ki, ötən gün ərzində 394 nəfərin virusa yoluxduğu, 114 nəfərin dünyasını dəyişdiyi,1779 nəfərin isə xəstəlikdən sağaldığı bildirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə