TƏBİB-ə mətbuat katibi təyin olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibi təyin olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən SİA-ya verilən xəbərə görə, qurumun İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Rəvanə Əliyeva mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, R.Əliyeva buna qədər Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə uzun müddət müxtəlif qurumlarda fəaliyyət göstərib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə