Təhsil müəssisələrində Milli Dirçəliş Günü qeyd olunub FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, təhsil müəssisələrində məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunmuş konfrans, “Dəyirmi masa”, seminar və mühazirələr təşkil edilib. Həmçinin şagirdlər arasında bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulanıb, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Bildirilib ki, ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən inkişaf prosesinin mahiyyəti və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.

Tədbirlərdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub.

Şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə