Naxçıvanda uşaqların kütləvi profilaktik müayinələrinə start verilib
“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində aprelin 2-dən 25-dək kütləvi tibbi müayinələr keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri kütləvi tibbi müayinələrlə əhatə ediləcəklər. Bu məqsədlə müxtəlif ixtisaslı həkimlərdən ibarət briqada təşkil olunub.
Tibbi müayinələrə Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdən start verilib. İlk gündə 397 şagird müayinədən keçirilib. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit və digər xəstəliklər aşkarlanıb, lazımi müalicə tədbirləri təşkil olunub.
Muxtar respublikanın rayonlarında da məktəbəqədər və məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB