Bayram günlərində 12 mindən çox şəxs təcili yardıma müraciət edib STATİSTİKA-ÖZƏL

Bayram günlərində 12 mindən çox şəxs təcili yardıma müraciət edib STATİSTİKA-ÖZƏL

Novruz bayramı günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 12 mindən çox şəxs təcili yardıma müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev SİA-ya açıqlamasında bildirib ki, martın 21-i 2213, 22-si 2141, 23-ü 2090, 24-ü 2108, 25-i 2026, 26-sı isə 2137 nəfər təcili yardım xidmətinə müraciət edib.

O bildirib ki, bayram günlərində çağırışların əksəriyyəti qan təzyiqi, temperatur, baş ağrısı, ürək damar xəstəlikləri ilə bağlı olub: “Xroniki xəstələr adətən adi günlərdə özlərinin qida rejimlərinə daha diqqətli olsalar və pəhriz saxlasalar da, bayram günlərində bu pəhrizi pozduqları üçün bu günlərdə qan təzyiqi və ürək damar xəstəlikləri ilə bağlı çağırışlar digər günlərlə müqayisədə daha çox olur”.

E. Hacıyev söyləyib ki, ümumilikdə bayram günlərində olan çağırışların sayı orta göstərici ilə müqayisədə təxminən 15-20 faiz çoxdur: “Adi günlərdə adətən orta hesabla 1500 çağırış olur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə