Səhiyyə Nazirliyi 2050-ci ildən sonra tütün satışını qadağan etməyi planlaşdırır
Rusiyanın Səhiyyə Nazirliyi 2019-cu ildən 2030-a qədər tütün istifadəsinə qarşı dövlət siyasətinin konsepsiya layihəsini hazırlayıb. SİA-nın Rusiya mətbuata istinadən verdiyi xəbərə görə, sənədə əsasən, əsas məqsəd 2050-ci ilə qədər tütün məhsullarının istifadəsinin tədricən azaldılmasıdır. Səhiyyə Nazirliyi tütün məmulatının dövriyyədən çıxarılmasını da nəzərdən keçirir.
Nazirlik qeyd edib ki, 2016-cı ildə Rusiya əhalisinin təxminən üçdə biri yəni - 40 milyondan çox insan tütün məmulatından istifadə edirdisə, 2040-2050-ci illərdə əsas məqsəd bu zərərli vərdişdən istifadə edən vətəndaşların sayını beş faizədək azaldılması və tütün məhsullarının satışını dayandırılmasıdır.
Bundan əlavə, konsepsiyaya əsasən, Səhiyyə Nazirliyinin müvəqqəti məqsədi 2025-ci ilədək ölkədə tütün məmulatından istifadə edənlərin sayını 25 faizədək azaltmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB