Xarici tibb mütəxəssislərinin arıqlama dərmanları ilə bağlı apardığı araşdırma zamanı maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, hətta bitki tərkibli arıqlama dərmanları qəbul edən hər 3 nəfərdən birində onkoloji patologiyalar başlayıb. Arıqlama preparatlarını qəbul edən şəxslərdə gen dəyişikliyi 10-12 il sonra başlayır. Çünki həmin maddələrin təsirindən hüceyrə dəyişikliyi gizli və heç bir simptomsuz baş verir.
Arıqlama dərmanları ilə bağlı müxtəlif təzadlı fikirlərin söylənildiyi Azərbaycanda da son zamanlar belə preparatlara maraq artıb. Artıq çəkidən azad olmaq istəyənlər bu dərmanlarından istifadəyə daha çox üstünlük verirlər.
Həkim mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, xaricdə bu cür dərmanlar adətən reseptlə satılır. Azərbaycanda isə arıqlama preparatlarının hamısı satışa reseptsiz buraxılır: "Nəzarət olmadan, məsləhətləşmədən bu dərmanları qəbul etmək məqsədəuyğun deyil. Arıqlamaq üçün nəzərdə tutulan dərman preparatları həkimlər tərəfindən orqanizmin xüsusiyyətindən, kökəlmənin növündən, başqa yanaşı xəstəliklərin olmasından asılı olaraq təyin edilməlidir. Lakin təəssüflər olsun ki, insanlar dərmanları özbaşına qəbul edirlər. Bunun nəticələri ilə bağlı da xeyli problemlər yaşanır".
Y.Abdiyeva qeyd edib ki, apteklərdə reseptsiz satılan arıqlama preparatları istifadəçilərə müxtəlif formalarda - bitki çayları, kofe və həblər şəklində təqdim edilir. Mütəxəssis hesab edir ki, arıqlama dərmanları vasitəsilə çəkini azaltmaq məsləhət deyil. Çünki həmin dərmanların istifadəsi bir sıra fəsadlar törədə bilər:
"Dərmanı qəbul edəndən sonra preparat mədədə parçalanır və mərkəzi sinir sisteminə toxluq siqnalı gedir. Amma əslində insan özü ac olur. Bu dərmanlar əsasən on beş gün, ya da bir ay qəbul edilir. Həmin müddət ərzində adam özünü tox hiss edir, yemək yemir və arıqlayır. Amma dərmanın qəbulu bitəndən sonra yenə aclıq hissi yaranır, insan əvvəlki kimi yeyir. Nəticədə kiçilmiş mədə yenidən böyüyür".
Y.Abdiyeva əlavə edib ki, bu preparatlar sinir sistemində, mədə-bağırsaqda problemlər yarada bilər. Bu dəmanlardan istifadə edənlər arasında daha çox sinir sistemi pozuntularına və mədədə yara hallarına rast gəlinir. Arıqlama dərmanları qadınlarda ginekoloji xəstəliklərə, sonsuzluğa, hətta xərçəngə, böyrək çatışmazlığı kimi ağır xəstəliklərə səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, bütün arıqlama dərmanları psixozlar, asılılıq, baş ağrıları, aritmiya (nəbzin qeyri-müntəzəmliyi) yaradır. Onlardan istifadə hətta ürək tutmaları və infarkta da gətirib çıxara bilər: "Tez bir zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədir. Bədən çəkisinin 30 faizinin itirilməsi insanlarda hətta bərpası mümkün olmayan psixi dəyişikliklərə də səbəb olur. Arıqlama dərmanları orqanizmdə duz mübadiləsini pozaraq uzun müddət ishal yaradır, bağırsaqdan sorulmanın qarşısını alır. Qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar bədəndə çox su itkisinə səbəb olur. Orqanizmdə suyun itkisi elektrolit pozğunluğa, yəni lazımi ionların itirilməsinə gətirib çıxarır. Bu dərmanlar insanlarda depressiya da yaradır. Nəzərə almaq lazımdır ki, arıqlama zamanı orqanizmdə çox ciddi proseslər gedir. Orqanizm çəki itirdikcə bu prosesə ilk olaraq depolaşmış piylər sərf olunur. Bunula yanaşı, bədəndə zülal istehsalı azalır. Amin turşuların, zülalların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir. Bu proseslərin çoxu geridönməz hal alır. Nəticədə orqanizm çox ciddi bir durumla üz-üzə qalır. Bunları sonradan bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə daxili orqanların sallanması halları baş verir".
Y.Abdiyeva onu da əlavə edib ki, arıqlama dərmanlarının çoxunun təlimatlarında onların istifadəsi ilə bağlı məlumatlar yoxdur və yaxud məlumatlarda qeyri-dəqiqliyə yol verilir: "Bu cür dərmanları qəbul etmək təhlükəlidir. Həmin dərmanın mahiyyəti barədə heç bir ətraflı məlumat verilmir. Vətəndaşlar sadəcə reklamlara baxır, onların əsasında alıb istifadə edirlər. Nəticədə fəsadlar yaranır".
Y.Abdiyeva qeyd edib ki, arıqlama zamanı pəhrizlər də orqanizmin vəziyyətindən asılı olaraq seçilməlidir: "Pəhrizin əsas məqsədi orqanizmdə toplaşan, əlavə yük yaradan maddələrin orqanizmə daxil olmasının qarşısını almaqdır. Çalışmaq lazımdır ki, artıq kalorilər və həmin maddələr rasionda olmasın və yaxud müəyyən qədər olsun. Bəzən rasionda hansısa bir maddənin çatışmaması orqanizmi məcbur edir ki, bədəndəki depolaşmış piyləri həmin maddəyə çevirsin. Yəni pəhrizlərin bir xüsusiyyəti passiv yolla depolaşan həmin maddələrin miqdarını azaltmaq, digər rolu isə orqanizmi prosesə qoşaraq bədəndəki piyləri təkrar istehsala, zülal və digər maddələrin istehsalı üçün xammala çevirməkdir. Bu, nəticədə arıqlamaya səbəb olur. Ona görə də bunların hamısı həkim nəzarəti altında olmalıdır. Dietoloqlar məsləhət görürlər ki, arıqlamaq üçün iradəni gücləndirmək, düzgün pəhriz saxlamaq və fiziki hərəkətlə məşğul olmaq daha məsləhətlidir. Orqanizmdə toxluq hissi yaratmaq üçün yeməkdən əvvəl ilıq su içmək məsləhətdir. Bu, mədədə toxluq hissi yaradır və insan az yeməyə meyillənir. Səhər yeməyindən imtina da yanlış fikirdir. Səhər yeməyi çox vacibdir. Naharda da istənilən yeməyi qəbul etmək olar. Amma axşamlar çalışmaq lazımdır ki, yemək az yeyilsin və daha çox meyvə, tərəvəzə üstünlük verilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



