Lənkəranda xeyriyyə aksiyası keçirib

Lənkəranda xeyriyyə aksiyası keçirib

Mərkəzi Gömrük Hospitalının təşəbbüsü və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hospitalın həkim briqadası Lənkəran şəhərində əhaliyə pulsuz tibbi xidmət göstərib. SİA-nın məlumatına görə, hospitalın 20-yə yaxın yüksək ixtisaslı, peşəkar, uzman kardioloq, dermatoloq, uşaq cərrahı, təcrübəli tibb bacıları gün ərzində 300 nəfərdən çox xəstəni müayinə edərək məsləhətlər veribş və lazımi müalicələr təyin ediblər.

Hospitalın kardiologiya şöbəsinin rəhbəri, uzman Ülvi Mirzəyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə respublikamızın hər yerində əhalinin pulsuz müayinədən keçirildiyini, hospitalın tibb kollektivinin də bu nəcib aksiyaya qoşularaq ikinci dəfə Lənkəran şəhərində sakinlər üçün pulsuz müayinə təşkil etdiyini bildirib. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bu xeyirxah aksiyaya dəstək verildiyini, müayinələrin aparılması üçün Lənkəran şəhərindəki Medican Hospitalda hər cür şərait yaradıldığını minnətdarlıqla qeyd edib. Əvvəlki aksiyadan fərqli olaraq bu dəfə həkim briqadasına göz, dəri xəstəlikləri və uşaq cərrahiyyəsi üzrə təcrübəli uzmanlar cəlb edilib.

Xəstələrdən Şıxəkəran kənd sakini 85 yaşlı Cabir Hüseynov, Girdəni kənd sakini Nəzir Nəziri, Sərraf Kərimov, 4 yaşlı xəstə Ruqəyya Əliyevanın anası Vəfa Əliyeva və başqaları yüksək tibbi xidmətin təşkilinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə