Cari ildə Uşaq Bərpa Mərkəzinə ilkin gəlişlərin sayı 1798 nəfər, prosedur gəlişlərin sayı 36280 nəfər təşkil edib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, mərkəzdə valideynlərlə də fəal iş aparılır: "Belə ki, müalicə tədbirlərində, o cümlədən bədən tərbiyəsi, aktiv terapiya, artterapiya və başqa terapiya prosedurlarında valideynlər də iştirak edir və maariflənirlər. Mütəxəssislər valideynləri məlumatlandırır, müalicəni ev şəraitində davam etdirmək üçün onlara tapşırıqlar verir. Mərkəzdə vaxtaşırı “valideynlər günü” keçirilir, valideynlərin təklif və arzuları dinlənilir".
Bildirilir ki, mərkəzə müraciət edən uşaqlarda sinir sistemi xəstəliklərilə yanaşı digər somatik xəstəliklər də müşahidə edilir: "Mərkəzdə yanaşı gedən xəstəliklərin müalicəsi üçün də lazımi şərait yaradılıb. Mərkəzin dar ixtisaslı mütəxəssisləri yanaşı gedən xəstəliklərin müalicə olunmasında fəal iştirak edirlər. Bu xəstəliklərin müalicəsində müasir fizioterapiya cihazları, aerozol terapiyası, süni duzlaq şaxtası və digər üsullar geniş istifadə edilir. Sinir sistemi xəstəlikləri olan uşaqlarda eşitmə pozulmaları və nitq qüsurları müşahidə olunur. Bu problemləri həll etmək üçün loqoped və surdoloqoped köməyə gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB