Elsevər Ağayev:"Azərbaycanda uşaqların 90 faizi icbari dispanserizasiyaya cəlb olunur"

Elsevər Ağayev:"Azərbaycanda uşaqların 90 faizi icbari dispanserizasiyaya cəlb olunur"

"Bu il Azərbaycanda uşaqların 70 faizi icbari dispanserizasiyaya cəlb edilib. 180 min müxtəlif qüsurlu uşaqlar aşkarlanıb" SİA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edərkən deyib. O bildirib ki, həmin uşaqların üzərində sağlamlaşdırıcı tədbirlər həyata keçirilir: "68 min uşaq dispanser qeydiyyatına götürülüb" Nazir müavini söyləyib ki, dispanserizasiya tədbirləri böyüklərə də şamil edilir: "Ölkə prezidentinin tövsiyə və tapşırığı ilə böyüklər arasında da dispanserizasiya tədbirləri həyata keçirilir. Belə ki, ölkənin 7,2 milyon böyük əhalisinin 5,5 milyonu cari ilin mart-may aylarında aparılan sağlamlaşdırıcı tədbirlərə cəlb edilib".

"Valideynlərə də tövsiyə olunmalıdır ki, bu tədbirlərdən yayınmasınlar. Ümumilikdə Azərbaycanda uşaqların 90 faizi icbari dispanserizasiyaya cəlb olunur. Lakin vaksinasiyadan yayınanlar var"- deyə, nazir müavini əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə