Qazma işləri zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır RƏSMİ AÇIQLAMA

Qazma işləri zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır RƏSMİ AÇIQLAMA

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dünən gecə xəstəxanaya gətirilən F. Gözəlov reanimasiya şöbəsindədir. Ağır durumda olan F. Gözəlovun müalicəsi davam etdirilir.

Xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.

C. Ədilov bütün lazımi müayinələrdən keçirilib, həyatı üçün təhlükə yoxdur. Onun bu gün evə buraxılması gözlənilir.

Xatırladaq ki, SOCAR-ın "Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə