"Yaxın gələcəkdə publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb.İlk olaraq 70 müəssisənin bu statusu alması nəzərdə tutulub və sonradan onların sayı artırılacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması mərhələli şəkildə həyata keçiriləcək: " Bildiyiniz kimi ötən ildən başlayaraq ölkədə icabri tibbi sığortanın tətbiqinə başlanılıb. Pilot layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir. Həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onların da sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs statusu olmalı və xüsusi hesabları açılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB