Arıqlamaq üçün hansı məşqlə neçə kalori yandırmaq olar?

Kiloya görə kalori yandırmaq hesabı bu işdə insanlara lazım olan əsas köməkçi vasitələrdən hesab olunur. Qida rasionumuzda olan qidalar bizə sürətli bir kalori şəklində dönərsə yandırılma prosesi eyni sürətdə olmaya bilər. Əslində kalori sərfini bir maşına bənzədən idman mütəxəssisi Ayfer Sağlam, bu maşını necə sürətləndirəcəyini və hansı məşqin nə qədər kalori yandırmağa kömək edəcəyini izah edib. Qadınların kişilərə görə daha az əzələli olması və həcm olaraq daha az bir bədən səthinə sahib olmaları, aldıqları enerjini kaloriyə çevirərkən sərfəli olmur.
Bu baxımdan bildirilir ki, qadınların bəziləri kişiyə görə daha az kalori xərcləyirlər. Kişinin əzələ nisbətinin çox olması əhəmiyyətli bir faktor hesab olunur. Əzələ nisbətiniz artdıqca eyni fəaliyyətdə xərclədiyiniz kalori miqdarı da artmaqdadır.

Hansı məşq və idman neçə kalori yandırmağınıza kömək edər?

. Yarım saatlıq bir qaçış sizə təxminən 400-450 kalori;
. 1 saat üzmə 500 - 600 kalori;
. 1 saat velosiped 600-650 kalori;
. 1 saat badminton və ya tennis 500-550 kalori;
. Yarım saat avar çəkmə 250-300 kalori;
.1 saat iplə tullanma 600-700 kalori;
. 1 saatlıq aerobik məşq 350-400 kalori yandırmaqdadır.

Bu kalori dəyərləri edilən fəaliyyətin sıxlığına, fəaliyyəti edən adamın kilosuna, cinsiyyətinə, əzələ nisbətinə və fəaliyyətdəki iştirak nisbətinə görə dəyişə bilər.
Kiloya görə kalori yandırma hesabı haqda olan məlumatı da nəzərdən keçirək.
Hansı fəaliyyətdə neçə kalori xərclədiyinizi hesablamaq üçün təyin olunmuş fəaliyyətlərdə xüsusi ədədlər var.
Bu ədədləri kilonuz və fəaliyyət saatınıza vurduqda təxminən bir dəyər alacaqsınız, bu dəyər təxminən neçə kalori xərclədiyinizi göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə