Mərkəz direktoru: "Nigaha daxil olanların 5-7 faizi talassemiya daşıyıcısı olur"
Azərbaycanda son aparılan müayinələrin nəticələrinə görə, nikaha daxil olanların 5-7 faizi talassemiya daşıyıcısı olur". SİA-nın məlumatına görə, Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov bu gün 8 may- Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirdikləri tədbirdə deyib.
2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsinin talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynadığını deyən mərkəz direktorunun sözlərinə görə, bu müayinələrin aparılmasında məqsəd talssemiyalı xəstə uşaqların dünyay gəlməsinin qarşısını almaqdır: " İndiyə qədər nikah qabağı 258 521 nəfər müayinədən keçib. Onların 11 215-də talassemiya daşıyıcılığı aşkarlanıb. Bunlardan 97 cütlüyün hər ikisində dayışıcılıq qeydə alınıb. Bu şəxslərə müvafiq məsləhətlər veirlib. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınıb".
C.Məmmədov deyib ki, bu vaxta kim talassemiya daşıyıcılığı aşkar edilən 26 cütlükdə hamiləlik qeydə alınıb: "Onların 5 ailədə xəstə uşaq olduğuna görə ailənin razılığı ilə hamiləlik dayandırılıb. Digərlərində isə talassemiya daşıyıcısı və sağlam uşaqlar dünyaya gəlib. Daşıyıcılar praktik sağlam insanlardır və onların sağlamlıqla bağlı problemi olmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB