Bakıda bina uçdu 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı şəhərində bina uçub. SİA-nın xəbərinə görə, hadisə Səbail rayonunun Şıx qəsəbəsində baş verib. Hadisə nəticəsində ölən və yararlılar var. Səhiyyə Nazirliyinin ölən və yaralılar haqqında məlumatında bildirilir ki, uçqun nəticəsində xəsarət alan üç nəfər xəstəxanalara yerləşdirilib: "Yaralıların üçü də kişidir. Onlardan ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə, digəri isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir"

Nazirliyin məlumatında həmçinin qeyd olunub ki, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...