Nazir: "Azərbaycanda daha bir dərman zavodunun təməli qoyulacaq"

Nazir: "Azərbaycanda daha bir dərman zavodunun təməli qoyulacaq"

"Heç kimə sirr deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Ancaq bir müddət öncə ölkə rəhbərinin təşəbbüsü ilə farmakoloji zavodun təməlqoyma mərasimi oldu. Təxminən iki həftə sonra daha bir zavodun təməli qoyulacaq". SİA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O bildirib ki, ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edən zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə də danışıqlar aparılır: "Dərman preparatlarının ölkəmizdə istehsal edilməsi bizim üçün çox vacibdir".

Səhiyyə naziri qeyd edi ki, xeyirxah peşə sahibləri olan həkimlərin sözü, xəstəyə münasibəti dərmandan, əməliyyatlardan daha vacibdir: "Son vaxtlar bu sahədə də müsbət tendensiya hiss olunur. Təəssüf ki, biz 120 minə qədər tibb işçisinin hamısının vicdanla xalqa xidmət etdiyini deyə bilmərik. Əlbəttə, tək-tək problemlər var. Amma əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçta gün ərzində onlarla minnətdarlıq yazıları gəlir. Mətbuatda, televiziya kanallarında da səhiyyə ilə bağlı müsbət rəylər, yazılar artıb. Bu da sevindirici haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə