2016-cı ildə təcilə yardıma kənar doğuşlarla bağlı 68 müraciət edilib

2016-cı ildə təcilə yardıma kənar doğuşlarla bağlı 68 müraciət edilib

Ötən il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınna evdən kənar doğuşlarla bağlı 68 müraciət daxil olub. SİA-nın xəbərinə görə, bu barədə stansiyanın baş həkiminin müavini İradə Əliyeva deyib. Bu rəqəmin 2015-ci ildə 100 olduğunu deyən baş həkimin müavini söyləyib ki, evdə doğuş halları ilə bağlı müraciətlərin azalmasın maariflənmə ilə bağlıdır: "Edilən müraciətlərin hər birində həm uşaq, həm ana həm də cift xəstəxanaya yerləşdirilib.Belə vəziyyətdə uşaqları avtomobil şəraitində aparmaq olmaz. Bu baxımdan bizim avtomobillərdə küvəz var və yeni doğulan uşaqlar küvəzə qoyularaq xəstəcanaya çatdırılıb. Çox təəssüf ki, bizə əsasən doğuş bitdikdən sonra müraciət edilir. Bu hal həm uşaq, həm də ananın sağlamlığı ilə bağlı təhlükəni artırır"

Bütün xəbərlər Facebook səhifəmizdə