"QİÇS sağalan xəstəlikdir. Onu qidalar vasitəsilə sağaltmaq mümkündür". Bunu SİA-ya açıqlamasında Ana Təbiət Natural Gigiyena Mərkəzinin rəhbəri, dietoloq Ərşad Əzimzadə deyib.
Onun sözlərinə görə QİÇS-ə müxtəlif yollarla yoluxmaq mümkündür: " İynə və ya cinsi yolla da bu xəstəliyə tutulmaq olar".
QİÇS xəstəliyinin virus və mikroblardan əmələ gəldiyini deyən dietoloq söyləyib ki, burada əsas mikrob deyil, onun düşdüyü mühitdir: "Mikrob bizim bədənimizdən asılıdır. Ümumiyyətlə bədənimizdə 70 trilyon hüceyrə var.
Əgər onların hər biri sağlam mübarizə aparmaq qabiliyyətinə malikdirlərsə, demək bədənin immun sistemi və müqaviməti güclüdür. Belə bədəndə heç bir mikrob qalıb yaşaya bilməz. Yox əgər biz bədənimizdəki hüceyrələri çürük qidaların, dərmanların, siqaretin müxtəlif spirtli içkilərin köməyi ilə öldürmüşüksə, demək ki cəbhə zəifləyib. Ona görə də mikrobların qarşısına, güclü hüceyrə çıxartdıqda o zaman onlar məhv olurlar".
Ə. Əzimzadə qeyd edib ki bu xəstəliklə ən mühüm mübarizə yolu onların inkişaf etməsinə imkan verməməkdir: "Gərək mikrobların bədəndə artmasına yol verməyəsən. Əks halda xəstəlik qarşısında uduzmaq olar. Misal üçün təmiz saxlanan sahədə heç zaman həşərat və ya yırtıcı heyvan görmək olmaz. Lakin ora bir vedrə zibil atsan bütün həşəratların ora cəlb olunduğunu görmək olar. Çirklənmiş ərazini yenidən təmizləməklə həmin həşəratların yaşayış mühitini əlindən almaq mümkündür. QİÇS-i törədən mikrobların yaşayış mühitini əlindən almaqla sağalmaq olar. Heç bir mikrob yaşayış mühiti əlindən alındıqda yaşaya bilmir əksinə məhv olub gedir. Ümumiyyətlə, hər hansı xəstəlikdən azad olmaq üçün mütləq şəkildə vaxtında yatıb-durmaq, eyni zamanda bol çiy su içmək, meyvə-tərəvəz yemək, kimyəvi preparatlardan uzaq durmaq, bədən tərbiyəsi ilə məşğul olmaq mütləqdir. Bütün bunlara riayət edənlər QİÇS-dən də qurtula bilərlər".
Dietoloq əlavə edib ki, sağalmayan xəstəlik yoxdur, sağalmayan xəstə var: "Müalicə olunmaq xəstənin özündən asılıdır. İbn Sinanın söylədiyi kimi 3 qüvvə var ki, bura xəstə, xəstəlik və həkim daxildir. Əgər xəstə xəstəliklə birləşirsə, o zaman həkim tək qalıb məğlub ola bilər. Əgər xəstə həkimlə birləşirsə, o zaman xəstəlik məğlub olur. Xəstə həkiminin dediyinə mütləq əməl etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB