Bundan əvvəlki yazılarımızda da qeyd etmişdik ki, Zaqatala səhiyyəsinin vəziyyəti ilə bağlı oxucularımızı da dolğun məlumatlandıracağıq. Odur ki, Zaqatala rayon mərkəzi xəstəxanasının (RMX-n) Əliabad qəsəbə sahə xəstəxanasında olduq. Çalışdıq ki, rəhbərliyin xəbəri olmadan xəstəxananı gəzək.
Onu da xüsusi qeyd etmək istəyirik ki, təmirə və ümumiyyətlə yenidən tikilməyə mohtac olmasına baxmayaraq xüsusi bir səliqə-səhman göz oxşayırdı. Xəstəxananın həyəti sanki Botanika bağını xatırladırdı. İçəri daxil olarkən uşaq səsi bizi Telman Şabanovun otağına apardı. Telman həkim barəsində sonradan Zaqatala şəhərində də məlumat aldıq. Öyrəndiyimizə görə Telman həkim çox adlı-sanlı pediatrdır. Onun yanına təkcə Əliabad qəsəbəsindən və ətraf kəndlərdən deyil, hətta qonşu rayonun yaxın kəndlərindən belə xəstələr gəlir. Düzdür bir çox otaqları təmir olunsa da amma ümumi fikirə gəlmək olar ki, Əliabad qəsəbəsi üçün daha böyük və müasir tələblərə cavab verən xəstəxananın tikilməsinə ehtiyac vardır. Xəstəxanada bir neçə otaqları gəzərkən qocaman həkim-terapevt Arzuman Abakarovla, kardioloq Şahin İsmayılovla da tanış olduq. Məlum oldu ki, qəsəbə xəstəxanasında bir çox səhiyyə xidmətləri göstərilir. Həkimlərlə söhbətləşən zaman qəsəbə xəstəxanasının baş həkimi Səfiyyə Əfəndiyeva da bizə yaxınlaşdı. Mətbuat işçisi olduğumuzu öyrənəndən sonra nə ilə maraqlandığımızı soruşdu. Baş həkim heç nəyin gizlində olmadığını deyərək; buyurun gəzin, öz gözünüzlə hər şeyi görün, başqa nə məlumat lazım olarsa mən sizə cavab verməyə hazıram. Baş həkimin bu qədər səmimi və ürəkli olması bizə də çox xoş təsir bağışladı. Baş həkimdən aldığımız məlumata görə on beş çarpayılıq xəstəxanada doğum, terapiya və uşaq şöbələri var.
Səfiyyə həkim bildirdi ki, ay ərzində ambulator xəstələrimizin sayı yüzdən çox olur: Mən baş həkim kimi 2013-cü ilin oktyabr ayından buradayam. Xəstəxanamız qəsəbə və qəsəbə ətrafı bir çox kəndlərdən gələn xəstələrə də xidmət göstəririk. Xəstəxanamızda Labaratoriya, stamatoloji kabinet, USM aparatı və s. Xidmətlərimiz mövcuddur. İstəyirəm biləsiniz ki, qəsəbə xəstəxanası kimi bütün ləvazimat, iynə-dərmanla təchiz olunuruq. Zaqatala RMX-a Leyla Seyidəliyeva baş həkim təyin olunandan sonra heç bir dərman , avadanlıq çatışmamazlığımız olmur. Ədalətlə desək Leyla həkim Zaqatala RMX-a baş həkim təyin olunduqdan sonra yeni, müasir avadanlıqlar və vacib əhəmiyyətli dərmanların təminatı daha da yaxşılaşıb. Baş həkim olaraq bizə qanunla nəzərdə tutulmayan heç bir göstəriş, tapşırıq vermir, əksinə təyin olunduğu gündən Zaqatala səhiyyəsi üçün əlindən gələni edir. Siz mərkəzi xəstəxananın tibb personalından da öyrənə bilərsiniz, təkcə bizim üçün deyil, ümumiyyətlə rayonumuzun xəstəxanaları üçün xeyli müasir avadanlıqların gətirilməsində baş həkim kimi Leyla Seyidəliyevanın böyük xidmətləri vardır.
Əliabad qəsəbə sahə xəstəxanasından sonra Zaqatala rayon mərkəzi xəstəxanası Həmkarlar şurasının sədri Etibar Məhərrəmovla görüşdük . Etibar həkim Zaqatala RMX-n Şüa diaqnostikası şöbəsinin müdiri kimi iş başındaydı. Bizimlə müsahibəsi zamanı heç bir xəstəni də qapıda gözlətmədi. Onunla söhbətimiz zamanı qolu, ayağı sınan xəstələrlə deyib gülməsi, xəstələrin əhval-ruhiyyəsinə də xoş təsir bağışlayırdı. Onun xəstələrə davranması diqqətimizi çəkdi. Elə xəstə var idi ki, həqiqətən də üzündən qəm-qüssə yağırdı, lakin Etibar həkimlə iki kəlmə danışan kimi üzü gülürdü. Hamıyla zarafatlaşan həkim bizim də suallarımızı cavablandırdı: Sizi maraqlandıran hadisəni bir çox mətbu orqanlar, sosial şəbəkələr özlərinə sərf edən şəkildə yazıb paylaşdılar. Əsl həqiqət isə belədir, bizim baş həkimin sürücüsü iş vaxtından sonra xidməti maşınla gəzərkən YPX-i tərəfindən saxlanılmış və maşın cərimə meydançasına qoyulmuşdur. Bu hadisə əslində çox ciddi bir pozuntu idi, mən həmkarlar şurasının sədri kimi sürücü ilə fərdi söhbət apardım. Bütün vəchlə onu qorumaq istədim, fikirləşdim ki, insandır səhf edib. Lakin o, tənbehdən nəticə çıxarmayaraq daha bir əmək qanununu pozdu. Məzuniyyəti qurtarandan sonra icazəsiz işə çıxmadı və biz həmkarlar şurası iclas təyin edərək onu xəstəxanaya dəvət etdik. Lakin o, israrla dedi ki, uzaqdayam, kənardayam gələ bilmirəm. Bir gün sonra isə ona zəng vuranda dedi ki, ümumiyyətlə gəlmirəm. Biz də qanun necə yol verirsə elədə etdik, onun işdən azad olunmasını baş həkimdən xahiş etdik. Düzdür sonralar bizi və baş həkimi məhkəməyə verdilər, sübut etməyə çalışdılar ki, mən həmkarlar şurasının sədri kimi ona zəng etməmişəm. Biz Bakselldən zəngin saatını dəqiqləşdirdikdən sonra o, özü də boynuna aldı ki, ona zəng olub və bizə məhəl qoymayıb. Bax belə olub hadisə, ancaq bu gün kimlərsə Zaqatala səhiyyəsinə ləkə vurmaq üçün xüsusi kampaniyalar aparır. Siz artıq yarım saatdan çoxdur mənim otağımdasınız və görürsünüz ki, müsahibə verməklə yanaşı işimi də görürəm. Hər bir işçi öz vəzifəsinə məsuliyyətlə yanaşmalıdır. Kimlərsə işə çıxmayaraq məvacib ala bilməz.
Etibar həkimlə söhbət edib çıxarkən xəstələrdən biri bizə yaxınlaşaraq dedi: doktor çox təvazökar adamdır, 2012-ci ildə Səhiyyə naziri tərəfindən fəxri fərmanla, 2015-ci ildə isə cənab Prezidentimizin sərəncamıyla Tərəqqi medalı ilə təltif olunub.
Həqiqətən də Zaqatala RMX-ı gəzərkən yaxşı kollektivin formalaşdığının şahidi olduq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB