Dövlət Agentliyinin nümayəndə heyəti Əbu-Dabidə

Dövlət Agentliyinin nümayəndə heyəti Əbu-Dabidə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Alman şirkətinin dəvəti ilə Əbu-Dabidəyə səfər edib. Bu barədə SİA-ya agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Almaniyanın "Munich Health and Daman Holding" şirkətinin dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə yola düşüblər. Səfərin məqsədi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətini sözügedən şirkət tərəfindən Əbu-Dabidə qurulan sistemlə, səhiyyənin maliyyəşləşmə mexanizmləri ilə tanış etmək, yerli qurumlarda görüşlər keçirmək, mövcud təcrübəni araşdırmaqdır. Nümayəndə heyətinin tərkibinə Agentliyin direktoru Zaur Əliyev, şöbə müdirləri İsa Əliyev və Vüqar Qurbanov daxildirlər.

Qeyd edək ki, "Munich Health and Daman Holding" şirkəti 2006-cı ildə Əbu-Dabidə icbari tibbi sığorta sisteminin modelini qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə