Cəbhəyanı bölgədə uşaqlarda ürək əməliyyatarı icra olunur

Uşaqların sağlamlığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əsas prioritet istiqamətlərindən biridir. Uşaqların sağlam gələcəyini təmin etmək məqsədi ilə müxtəlif layihələr hazırlanır, yüksək səviyyəli aksiyalar təşkil olunur. SİA-nın məlumatına görə, belə aksiyalardan biri də bu günlərdə cəbhəyanı bölgədə Fizuli rayonun Diaqnostika Mərkəzində icra olunur.

Belə ki, Respublika Diaqnostika Mərkəzinin invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin tanınmış mütəxəssisləri Dr. Rəşad Mahmudov və nümayəndə heyəti cəbhəyanı bölgəyə yola düşüb. Mütəxəssislər 4 gün ərzində "Uşaqların ürəyi Qarabağda döyünür" şüarı altında 1-10 yaşlı uşaqlarda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları icra edirlər.

Qeyd edək ki, son günlərdə cəbhə xəttində yaranan gərginliklərdən əziyyət çəkmiş Füzuli rayon sakinləri üçün bu addım böyük əhəmiyyət kəsb edir. Respublika Diaqnostika Mərkəzinin bu çətin günlərdə böyük mərdliklə sinə gərmiş soydaşlarımızın, onların övladlarının sağlamlıq problemlərinin aradan qaldırılması üçün cəhdləri rayon ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Dövlətimizin bölgələrimizə olan diqqət və qayğının nəticəsi olan bu layihə, habelə, gələcəyimiz, sabahımız olan körpələrin öz sağlamlıqlarına qovuşması baxımından böyük əhəmiyyət kəsb edən əməliyyatlar zamanı Müalicəvi Diaqnostika Mərkəzinə məxsus ən son texnoloji aparat və avadanlıqlardan istifadə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...