"Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin 29-cu maddəsinin 29.3-cü bəndinə dəyişiklik edilməsi təklif olunub. SİA-nın xəbərinə görə, bu gün Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında layihə haqqında məlumat verən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, psixi pozuntusu ilə əlaqədar barəsində (mövcud: məhkəmə qətnaməsi ilə barəsində) tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır: "Bu, "Cinayət- Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna uyğunlaşdırma məqsədi daşıyır. Burada tədbirlər müxanizmi daha da təkmilləşdirilib. Belə ki, "Cinayət- Prossesual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdriyyətinin təqdimatı və həkim- psixiatr komissiyasının rəyi mütləq şəkildə nəzərə alınmaqla, həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılması nəzərdə tutulur".
Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib ki, qanunun bu şəkildə dəyişdirilməsi Azərbaycan Respublikasının "Cinayət- Prossesual Məcəlləsində edilən dəyişikliklərə uyğunlaşma ilə əlaqədar olmaqla yanaşı, mahiyyət etibarı ilə də mühüm dəyişiklik hesab oluna bilər: "Qanunda "məhkəmə qətnaməsi" sözünün "məhkəmə qərarı" ilə əvəz edilməsi onun təsir dairəsini daha da genişləndirir. Eyni zamanda burada "pasiyent" sözü dəyişdirilərək tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs"lə əzəv edilib. İstənilən müayinəyə gedən şəxs pasiyent adlanır. Pasiyent xəstə olmadığı halda ona məcburi müalicə tətbiq edilə bilməz. Məhkəmə Tibbi ekspertiza tərəfindən diaqnoz qoyulduqdan sonra həmin şəxs könüllü şəkildə müalicəyə cəlb olunmursa və ətrafdakılarına zərər verirsə, o, məhkəmənin qərarı ilə məcburi müalicəyə yerləşdirilir".
Qeyd edək ki, təklif olunan dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB