"Hazırda Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatda olan 2576 xəstə müalicə alır". SİA-nın xəbərinə görə, bunu Respublika Talassemiya Mərkəzinin (RTM) direktoru Ceyhun Məmmədov deyib.
Ceyhun Məmmədov bildirib ki, ötən il ərzində RTM-ə 19 147 müraciət daxil olub: "Bunlardan 1998 ilkin müraciət etmiş şəxslərin 195-i dispanser qeydiyyata götürülüb.2014-cü ildə ölkədə ilk dəfə allogen-qohum sümük iliyi transplantasiya əməliyyatı uğurla həyata keçirilib. 2014-cü ildə 10, 2015-ci ildə 15 əməliyyat keçirilib. Eyni zamanda, Mərkəzin laboratoriyasında talassemiya xəstələrinə proqram üzrə nəzərdə tutulmuş laborator müayinələr olunur. 2015-ci ildə orta aylıq müayinələrin sayı 2150 olub".
C.Məmmədov həmçinin onu da bildirib ki, talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə ötən ilin iyun ayından nikaha girən cütlüklərin müayinəsi yüksək səviyyədə təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB