Dünya Sağlamlıq Mərkəzi sürətlə yayılan virus haqda Xəbərdarlıq etdi
Dünya Sağlamlıq Mərkəzi Amerikanın bir çox bölgəsində yayılan Zika virusu ilə bağlı xəbərdarlıq edib. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, infeksiyanın simptomları yüngül hərarət, baş ağrısıdır.
Virus artıq Kariblərdə, Şimali və Cənubi Amerikanın 21 regionunda yayılıb.
Virusa daha çox beyni yetərincə inkişaf etməmiş dünyaya gələn körpə uşaqlarda rast gəlinib.
Hələ ki, virusun müalicəsi və ya vaksini tapılmayıb.
Virusa ilk dəfə Afrikada rast gəlinib. 2015-ci ilin may ayında eyni xəstəliyə Braziliyada da rast gəlinib.
Hazırda virus Amerikada sürətli şəkildə yayılmaqda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB