Xoşbəxt Yusifzadə xəsarət alanlara baş çəkib

Xoşbəxt Yusifzadə xəsarət alanlara baş çəkib

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə Mərkəzi Neftçilər Xəstəxanasına gələrək "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkib. SİA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, I vitse-prezident xəstələrin səhhəti ilə maraqlanıb.

Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə