Səhiyyə naziri Oqtay Şirəliyev noyabrın 27-də saat 11:00-da Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir, Ucar, Zərdab, Göyçay və Ağdaş rayonları sakinlərinin müraciətləri, şikayət və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbulda iştirak etmək istəyənlər MRX-də qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB