12650 nəfər əhaliyə xidmət göstərən Astara rayonun Kijəbə qəsəbə sahə xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. SİA-nın Cənub bürosunun məlumatına görə, qəsəbə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəfael Babayev açaraq son illərdə rayonda və qəsəbədə aparılan quruculuq-abadlıq işləri barədə geniş məlumat verib.
Ağsaqqal Nəsrəddin Teymurov, Kijəbə qəsəbə tam orta məktəbin direktoru Təbrizə Rəsulova, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək qeyd edib ki, hazırda əksər Avropa ölkələrində böhran yaşandığı halda Azərbaycanda böyük sosial layihələr həyata keçirilir. Bütün respublikada aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir. Son illərdə təkcə qəsəbədə görülən işlər yetərincədir. Burada Bayraq Meydanı salınıb, yollar asfaltlaşdırılıb, yeni məktəb binaları tikilib, elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində işlər davam edir. Hazırda Tüləgüvan kəndinə yeni qaz xəttinin çəkilişi mütəşəkkilliklə həyata keçirilir. Bu görülən işlər əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, azad, firavan yaşamasına xidmət edir. Qəsəbədə müxtəlif sahələrdə qazanılan nailiyyətlər də təqdirəlayiqdir. Bu il təkcə Kijəbə qəsəbə kənd tam orta məktəbinin 20-dən çox məzununun yüksək balla ali məktəb tələbəsi adını qazanması ürəkaçandır. Mən bu münasibətlə həmin məzunlarımızı, onların valideynlərini təbrik edirəm. Onlara yüksək bilik verən müəllimlərə təşəkkürümü bildirirəm. İnanıram ki, bu ənənə bundan sonra da davam edəcəkdir.
Sonra icra başçısı əsaslı təmirdən sonra istifadəyə verilmiş xəstəxanada həkim, tibb işçiləri və xəstələr üçün yaradılmış yüksək şəraitlə tanış olaraq tövsiyə və tapşırıqlarını verib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB