Şəkər xəstələrinin sayı kəskin artıb SOS

Şəkər xəstələrinin sayı kəskin artıb SOS

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı son illər üçün ən yüksək səviyyəyə çatıb. Ötən il 25152 nəfərə şəkərli diabet diaqnozu qoyulub.

2013-cü ildə 24 183 nəfərə şəkərli diabet diaqnozu qoyulmuşdusa, ötən il bu rəqəm 25152-yə yüksəlib. Yeni diaqnoz qoyulanlardan 3576-sı insulindən asılı olanlardır.

Ümumilikdə ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 194520 nəfərdir.

Şəkər xəstələrinin sayının artması bir sıra amillərlə əlaqədardır.

Piylənmə də şəkər xəstəliyinə səbəb olan əsas amillərdəndir. Xəstəliyin əvvəlcədən aşkarlanması və vaxtında müalicə edilməsi əhəmiyyətli rol oynayır. bunun üçün ildə 2 dəfə müayinədən keçmək məsləhət görülür. Hazırda dünyada 50% xəstənin şəkər xəstəliyindən xəbərsiz olması güman edilir. Bundan başqa yaşam tərzi və qidalanma vərdişinə də diqqətlə yanaşmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə