Nikaha daxil olmaq istəyən 110 cütlük tibbi müayinədən keçib

Nikaha daxil olmaq istəyən 110 cütlük tibbi müayinədən keçib

Bu il iyunun 1-dən qüvvəyə minən qərara əsasən, ailə qurmağa hazırlaşan cütlüklər məcburi tibbi müayinədən keçməlidir. Gəncədə ötən ay ərzində nikaha daxil olmaq istəyən 110 cütlük tibbi müayinə olunub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Gəncə Şəhər Səhiyyə İdarəsindən bildirilib ki, nikaha daxil olmaq istəyən gənclər qanunda nəzərdə tutulan qaydada yaşadıqları ərazi poliklinikasına müraciət etməlidirlər. Cütlüklər həmin poliklinikada qeydiyyata alınır və onlardan qan nümunələrinin götürülməsi üçün Mərkəzi Qan Bankının Gəncə Bölməsinə göndərilir. Burada həmin cütlüklərdən qan analizləri götürülüb yoxlanılması üçün paytaxta göndərilir. Yoxlanılan qan nümunələrinin cavabı barədə məlumat 7 gün müddətində cütlüyə təqdim olunur. Poliklinikanın baş həkimi tərəfindən ailə qurmağa hazırlaşan gənclərə verilən arayış 1 ay müddətində qüvvədə qalır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə