Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu gün Respublikamızda uşaqların sağlamlığı Azərbaycan dövlətinin və Səhiyyə Nazirliyinin böyük diqqət və qayğısı ilə tam əhatə olunub.
Respublikamız müstəqillik əldə etdikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev uşaqların sağlamlığına xüsusi diqqət və qayğı ilə yanaşıb. Əsası ulu öndər tərəfindən qoyulmuş bu nəcib ənənə bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək uğur və yaradıcılıqla davam etməkdədir. Belə ki, son 10 il ərzində uşaqlara tibbi xidmət göstərən müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş Uşaq Kardiocərrahiyyə mərkəzi, Uşaq Onkologiya, Oftalmologiya, Nevrologiya, Uronefrologiya, Hematologiya, Perinatologiya və s. mərkəzləri yaradılaraq fəaliyyətə başlayıb.
Uşaqların sağlamlığı 2005-ci ildən başlayaraq hazırda Səhiyyənin prioriteti olaraq qalmaqdadır. Bütün Dövlət Uşaq Tibb müəssisələrində onlara göstərilən müalicə-profilaktika yardımı Dövlət hesabına tam pulsuz həyata keçirilir. Hazırda Avropanın ən inkişaf etmiş ölkələrində olduğu kimi uşaqlarımız 11 yoluxucu xəstəliyə qarşı (hepatit, vərəm, poliomielit, difteriya, tetanus, göy-öskürək, hemafilus, inluenza B, qızılca, məxmərək və paroit) dövlət vəsaiti hesabına peyvənd olunurlar.
2013-cü ildən respublikamızda "Uşaqların icbari dispanserizasiyası haqqında" respublika qanunu fəaliyyət göstərir. Keçən il "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında" 2014-2020-ci illəri əhatə edən Dövlət proqramı qəbul edilmiş və hal-hazırda həyata keçirməkdədir. Bütün bu göstərilənlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun və onun Prezidenti ölkənin I xanımı millət vəkili Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bu gün respublikamızda uşaq həyatının elə bir sahəsi yoxdur ki, orada Mehriban xanım Əliyevanın xidməti, dəstəyi və köməyi olmasın. Heç kəsin şübhəsi yoxdur ki, bundan sonra da azərbaycanlı uşaqların xoşbəxt gələcəyi naminə Azərbaycan Dövləti var qüvvəsini əsirgəməyəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB