Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na dəyişiklik edilib. NK-nın yeni qərarına əsasən, dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələri də qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.
Qeyd edək ki, həmin siyahıya əsasən 40 mal və xidmətin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB