Səhiyyə ilə bağlı şikayətlər dinləniləcək

Səhiyyə ilə bağlı şikayətlər dinləniləcək

Azərbaycanın səhiyyə naziri OqtayŞirəliyev aprelin 24-də Qusar mərkəzi rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, nazir Qusar, Quba, Xaçmaz, Şabran rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə