Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 13 mart, saat 9:00-da Mingəçevir Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Mingəçevir, Bərdə, Goranboy, Yevlax rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Mingəçevir Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB