14 min 700-dən çox sakin tibbi müayinədən keçib Qazaxda

14 min 700-dən çox sakin tibbi müayinədən keçib Qazaxda

Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 2-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Qazax rayonunun Müalicə-Diaqnostika Mərkəzində, şəhər poliklinikasında, eləcə də xüsusi həkim briqadaları tərəfindən kəndlərdə əhalinin tibbi müayinəsinə başlanılıb. İndiyədək 14 min 762 nəfər rayon sakini tibbi müayinədən keçirilib.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov bildirib ki, müayinə edilən sakinlərdən 1251 nəfərinə ambulator, 151 nəfərinə stasionar müalicə təyin olunub, 56 nəfər isə Bakı şəhərinə göndərilib.

Rayon sakinləri onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən mərhələdə aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu xeyirxah aksiyanı yüksək qiymətləndirir və dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə