Azərbaycanda son illər ərzində doğum səviyyəsi yüksək olaraq qalıb. Dövlət Statisika Komitəsindən SİA-ya verilən xəbərə görə, 2014-cü ildə 170,5 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,1 təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulub. 2014-cü ildə ölkədə 55,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.
Ölüm səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə də öz təsirini göstərir. 2014-cü ildə bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6, qadınlar üçün 76,8 yaş olub. Hazırda ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,2 uşaq düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB