Onkoloji xəstəlik hallarının üçdə iki hissəsi sadəcə uğursuzluqdan baş verir. İnsan özü bu xəstəliyin yaranmasına və ya inkişafına nadir halda təsir etmək durumundadır. İndiyədək xərçəngin əsas baiskarı hesab olunan genlər və ya qeyri-sağlam həyat tərzi isə əslində xəstəliyin yaranma səbəbinin 30-40 faizini təşkil edir.
Amerika fizioloqları və Con Hopkins Universiteti Tibb Məktəbinin alimləri uzunmüddətli tədqiqatdan sonra bu qənaətə gəliblər.
Onlar bəzi hüceyrələrin orqanizmdə nə üçün zəifləyərək sonradan xərçəng hüceyrələrinə çevrilməsinin səbəbini tapmağa çalışıblar.
Məlum olduğu kimi, ölən hüceyrələrin yerində yeniləri yaranır. Bu zaman onlardan bəziləri mutasiyaya, yəni dəyişikliyə uğraya bilər. Xərçəng hüceyrələri məhz o halda yaranır.
Əvvəllər həkimlər hesab edirdilər ki, düzgün həyat tərzinə, yəni pəhriz saxlamaq, minimum stress, hər hansı zərərli vərdişdən uzaq durmaq və digər qaydalara əməl etməklə problemdən uzaqlaşmaq olar.
Lakin yeni tədqiqatlar xərçəng xəstəliklərinin 65 faizinin təsadüfdən yarandığını üzə çıxardı.
Con Hopkins Universitetinin alimləri tədqiqat zamanı hüceyrələrin mutasiyasını, insan ömründə onların orta hesabla neçə dəfə bölündüyünü müşahidə ediblər.
Məlum olub ki, belə mutasiyalar nə qədər çox toplanarsa, risk, yəni xərçəng hüceyrələrinin "səhvən" yaranması da yüksək olacaq. Bu həm də o faktı təsdiq edir ki, bağırsaq şişinə baş beyin xərçəngindən daha çox rast gəlinir. Çünki regenerasiya toxumanın tipindən asılı olduğundan, proses bağırsaq qişasında baş beyinə nisbətən daha sürətlə gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB