22 mindən çox uşaq tibbi müayinədən keçirilib

22 mindən çox uşaq tibbi müayinədən keçirilib

Respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da 18 yaşadək uşaqların tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. SİA-nın verdiyi məlumata görə, rayonda 18 yaşadək 35 min 834 uşaq var. "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən aksiyanın yüksək səviyyədə başa çatdırılmasını təmin etmək məqsədilə pediatr, nevropatoloq, kardioloq, otolarinqoloq, oftalmoloq və digər ixtisaslı həkimlərin ibarət 8 səyyar qrup yaradılıb. Tibbi aksiya əsasən ümumtəhsil məktəblərində və uşaq bağçalarında həyata keçirilir. Bu günədək rayonda 22 min 142 uşaq tibbi müayinələrdən keçirilib. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış 947 nəfər uşaq müalicəyə cəlb olunub. Bəzi xəstələr müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.

Uşaqların tibbi müayinədən keçirilməsi aksiyası dekabrın sonunadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə