Moskvada Ümumdünya Səhiyyə Təşkilatının (DST) tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyası tərəfləri Konfransının 6-cı sessiyası keçirilir. SİA-nın verdiyi məlumata görə, iclasda Konvensiyanın tətbiqi nəzərdən keçiriləcək, protokollar, əlavə və düzəlişlər qəbul ediləcək. Oktyabrın 18-dək davam edəcək sessiyada tütün məmulatlarının qanunsuz ticarətinin aradan qaldırılması, habelə tütünə olan tələbatı azaltmaq, tüstüsüz tütün və elektron siqaretə qarşı vergi tədbirləri ilə mübarizə kimi məsələlər müzakirə olunacaq.
Sessiya oktyabrın 18-dək davam edəcək.
Qeyd edək ki, Çərçivə Konvensiyasının iştirakçı dövlətləri, həmçinin Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına tələbatın və istifadəsinin azalması ilə, digər tərəfdən isə tütün məmulatlarının idxalına nəzarətlə bağlı qanun işləyib hazırlamaq və qəbul etmək öhdəliyi götürüblər. Azərbaycan Respublikası 2005-ci il sentyabrın 20-də Çərçivə Konvensiyasına qoşulmaq barədə qanun qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB