22 Avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasında Xaçmaz və ətraf rayonlardan olan Quba, Qusar, Şabran rayon sakinlərini qəbul edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sakinlərlə görüş zamanı vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib. Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 6 nəfər - Xaçmaz rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər – Hepatit komissiyasına, 2 nəfər – Xaçmaz rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsinə, 1 nəfər – Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, 1 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər – 2 saylı Uşaq Xəstəxanasına, 1 nəfər – Uşaq Nevroloji Xəstəxanasına göndərilib və səhhətləri nəzarət altına götürülüb.
Bundan əlavə olaraq, vətəndaşlara səhiyyə ilə bağlı iş təklifləri və vətəndaşların təmin edilməsi ilə əlaqədar olaraq müraciətlərə baxılıb, tədbirlər görülüb.
Qeyd edək ki, qəbul zamanı daxil olmuş bir necə müraciət isə dövlət başçısına və səhiyyə nazirinə əhalinin sağlamlığına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etmək üçün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB