Hazırda dünyada 382 milyon insan şəkər xəstəliyindən əziyyət çəkir. Lakin bu rəqəmin 2035-ci ildə 592 milyona yüksələcəyi bildirilib. SİA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Diabet Federasiyası tərəfindən nəşr edilən "Diabet Atlas"ında yer alıb. 2035-ci ilə qədər ən az artım Avropada, ən çox artım isə Afrikada olacaq. Hazırda şəkərli xəstələrin sayına görə Afrika geridə qalmasına baxmayaraq 2035-ci ilə qədər bu qitədə şəkərli xəstələrin sayında sürətli artım olacağı proqnozlaşdırılır.
Dünya əhalisinin 8,3 faizi şəkərli diabet, 6,9 faizi isə gizli şəkərdən əziyyət çəkir. Şəkər xəstələrinin çoxunun Çin, Hindistan və Amerika Birləşmiş Ştatlarında yaşadığı açıqlanıb.
Şəkərdən əziyyət çəkənlərin 80%-inin orta gəlirli ölkələrdə yaşadığı bildirilir. Diabetdən əziyyət çəkənlərin 1/3 hissəsini 65 yaş , 25 %-ni 44 yaşa çatmamış insanlar təşkil edir. İnkişaf etmiş ölkələrdə şəkər xəstələrinin yaş həddinin daha yüksək olduğu deyilir.
Beynəlxalq Diabet Federasiyasının məlumatına əsasən hazırda dünyada 316 milyon insanın gizli şəkərdən əziyyət çəkdiyi, lakin bu rəqəmin 2035-ci ildə 471 milyona çatacağı təxmin edilir. Xəstələrin çoxunun 50 yaşına çatmamış insanların olacağı güman edilir.
Hazırda dünyada 15 yaşına çatmamış 497100 uşaq 1-ci dərəcəli şəkər xəstəsidir. Dünyada 1-ci dərəcəli şəkər xəstəsi uşaqların 26%-i Avropada, 22%-i isə ABŞ-da yaşayır. Diabet xəstələrinin 46%-i, yəni 175 milyonu bu xəstəlikdən əziyyət çəkdiklərinin fərqində deyillər.
Qeyd edək ki, 2013-cü ildə 5,1 milyon insan bu xəstəlikdən həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB