Ağdam Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 28 nəfər tibb işçisi qan verib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Bərdə Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçirildikdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB