Səhiyyə naziri Balakəndə vətəndaşları qəbul edib

Səhiyyə naziri Balakəndə vətəndaşları qəbul edib

İyunun 20-də səhiyyə naziri Oqtay Şirəliyev Balakən şəhərində vətəndaşları qəbul etmişdir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, rayon mərkəzi xəstəxanasında keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak etmişlər.

Qəbul zamanı sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı ümumilikdə 31 nəfərin müraciəti dinlənilmişdir.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə