Aprelin 25-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşəbbüsü ilə partiyanın qərargahında Ümummilli Lider Heydər Əliyevin 91 illiyinə həsr edilən "Donor günü" keçirilib. SİA-nın verdiyi məlumata görə, keçirilən qanvermə aksiyasında Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə keçirlən aksiyanın əhəmiyyətindən danışan YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü yüksək səviyyədə keçirmək məqsədilə YAP Pirallahı Rayon Təşkilatı tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq edilib: "Bugünkü qanvermə aksiyası da həmin tədbirlər planında nəzərdə tutulmuşdur. Bu gün biz Yeni Azərbaycan Partiyası üzvləri Ulu Öndərimizin şanlı yolunu layiqincə davam etdirmək üçün var gücümüzlə çalışırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası ilə əlaqədar reallaşan və eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanist aksiyada partiya fəallarımız bundan sonra da geniş şəkildə iştirak etmək əzmindədirlər".
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Həsən Cəfərzadə sağalmaz bəlaya düçar olmuş uşaqlara kömək xarakteri daşıyan belə humanist aksiyaların gözəl ideya kimi YAP üzvləri, bütövlükdə Pirallahı sakinləri tərəfindən ürəkdən dəstəkləndiyini, həmçinin savab əməl olduğunu vurğulayıb.
YAP Pirallahı Rayon Təşkilatının aparat rəhbəri Həsən Niftəliyev, Pirallahı qəsəbə nümayəndəsi Heydər Vəliyev, 231 N-li məktəbin direktoru Mehparə Mansirova, eyni zamanda YAP fəalları Tamilla Yaqubova, Namiq Hüseynov, İlqam Əsgərov və digərləri aksiyaya qoşulublar.
"Donor günü"ndə bütövlükdə 200 nəfərdən çox insan iştirak edib. Bu isə yüzlərlə körpə fidanın həyatının xilas edilməsi, onlarla ailəyə sevinc bəxş edilməsi deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB