Ağstafada 26700 iribuynuzlu heyvandan bürslyoza qarşı qan nümunələri götürülüb. SİA xəbər verir ki, bu gün Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin xüsusi tədbirlər planına uyğun olaraq iribuynuzlu və tək dırnaqlı heyvanlara profilaktiki tədbir kimi qara yara xəstəliklərinin qarşısının alınması ilə bağlı iynələr vurulub, həmçinin iri buynuzlu heyvanlardan bürslyoza qarşı qan nümunələri götürülüb. İtlərdə isə quduzluğa qarşı vaksinasiya aparılıb. Sahibkarlar isə rayon baytarlıq idarəsinin keçirdikləri profilaktiki tədbirlərdən razı qaldıqlarını bildirib.
Rayon baytarlıq idarəsinin rəisi Nofəl Qasımovun sözlərinə görə, bu cür profilaktiki tədbirlər cari ilin sonuna kimi davam etdiriləcək.
Qeyd edək ki, yalnız sahibli itlərdə quduzluğa qarşı vaksinasiya aparılır. Küçədəki, sahibsiz itlər isə aidiyyatı təşkilatlar tərəfindən zərərsizləşdirilməlidir.
Kamran Əskiparalı, Ağstafa
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB