Bakının Suraxanı rayonunda baş verən ağır yol qəzasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı 32 yaşlı Pərvanə Valeh qızı Məmmədova həyatını itirib. Səhiyyə Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova SİA-ya açıqlamasında Pərvanə Məmmədovanın ölüm faktını təsdiqləyib. Onun sözlərinə görə, Pərvanə Məmmədovanın meyiti hazırda 3 saylı şəhər xəstəxanasının morqundadır.
Qeyd edək ki, qəza bu gün saat 10:00 radələrində baş verib. Belə ki, "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb. Hadisə nəticəsində sürücü xilas ola bilsə də, onun bacısı Pərvanə Məmmədova dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB