İİV virusuna yoluxmanın qarşısının alınması məqsədilə şəbəkələr yaradılır
"İİV virusuna yoluxmanın qarşısının alınması çərçivəsində insanlar üçün testləşmənin əlçatanlığını təmin etmək məqsədilə şəbəkələr yaradılır". SİA-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün Bakıda keçirilən "Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin İİV testindən keçməsi istiqamətində təbliğat" mövzusunda beynəlxalq konfransda çıxışında belə deyib.
Onun sözlərinə görə, yaradılacaq 50 könüllü müayinə məntəqəsi bu şəbəkəyə qoşulacaq: "Müraciət edən şəxs testdən keçib 20-30 dəqiqə ərzində səhhəti ilə bağlı məlumat alacaq. Hazırda belə məntəqələrin 37-si fəaliyyət göstərir. 6 mobil səyyar məntəqə fəaliyyət göstərir ki, onlardan 2-si Bakı şəhərində, 1-i Sumqayıtda, qalanları isə Şirvan, Lənkəran və Gəncə şəhərindədir. Bu məntəqələr həmin infeksiyanın yayılması göstəriciləri yüksək olan regionları əhatə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB