"1987-ci ildən cari ilin doqquz ayı ərzində Azərbaycanda İİV-ə yoluxan insanların sayı 4171 nəfərdir". SİA xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İİV-ə yoluxanların 96%-i Azərbaycan vətəndaşı, qalanları isə əcnəbidir: "Xəstələrin QİÇS mərhələsində olanların sayı 1248 nəfər, bu xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 578 nəfər təşkil edir. Xilasedici terapiyaya qoşulanların sayı ildən-ilə artır. Bu ilin doqquz ayının nəticələrinə görə terapiyaya qoşulanların sayı 1627 nəfər olub. Bunlardan 380 nəfəri bu ilin 9 ayında müalicəyə qoşulub".
İİV-in yayılmasının qarşısının alınmasının əsas yolunun vaxtında testdən keçməkdən ibarət olduğunu deyən direktor qeyd edib ki, yeniyetmələr arasında testləşməni genişləndirmək lazımdır: "Epidemiyanın səviyyəsindən asılı olmayaraq, hər bir yeniyetmənin belə bir imkanı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB