Nazirliyin müsahibəsindən 63 nəfər keçib

Nazirliyin müsahibəsindən 63 nəfər keçib

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılmaqda davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Bunlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb.

İmtahanların test mərhələsindən 126 nəfər məqbul alaraq ikinci - müsahibə mərhələsinə buraxılıb. Müsahibə nəticəsində 63 nəfər işə qəbul edilib, onlardan 49 nəfər rayonlar üzrə, 14 nəfər Bakı və Sumqayıt şəhərləri üzrə.

Bütün xəbərlər Facebook səhifəmizdə