Lənkəran Mərkəzi xəstəxanası əsaslı bərpadan sonra gələn ay istifadəyə veriləcək
Son illər bölgələrdə də yeni tikilən yaxud da əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilən tibb ocaqlarının sayı durmadan artır. Belə səhiyyə müəssisələrinin sırasına yaxın zamanlarda Lənkəran Rayon Mərkəzi Xəstəxanası da qoşulacaq. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə,1984-cü ildə tikilən Lənkəran MRX-sı 5 korpusdan, 4 mərtəbəli əsas, iki mərtəbəli poliklinika və terapeya, bir mərtəbəli infeksion və inzibati binalardan ibarətdir. Xəstəxanın baş həkimi Ağabala Kəlbiyevin sözlərinə görə, xəstəxanada indiyədək əsaslı təmir işləri aparılmamışdı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları ötən il iyulun 31-də Lənkəranda səfərdə olarkən rayon ictimaiyyəti ilə görüşündə Lənkəran MRX-nın əsaslı təmir ediləcəyini bildirmiş və bununla bağlı xüsusi sərəncam imzalamışdı. Hazırda əvvəlki xəstəxadan yalnız divarları qalıb, qalan bütün xəstəxana tam yenilənib və müasir avadanlıqlarla təmin edilib. Dünya standartlarına uyğun təmir olunan xəstəxana hal-hazırda avadanlıqlarla təchiz olunmaqdadır.
Baş həkimin sözlərinə görə, Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir edilməklə yanaşı, istilik sistemi, su-kanalizasiya sistemi yenidən qurulub. Bu da xəstələrin hər cür qayğı ilə əhatə olunmasına, müalicə və diaqnostikasının yüksəlməsinə xidmət göstərəcək.
Xəstəxananın divar örtüklərinin antibakterial örtüklə hazırlandığını, hər mərtəbədə yeməkxanın yerləşdiyini deyən müsahibimiz stasionar şöbədə xəstələr üçün hər cür lazımi şəraitin olacağını da vurğulayıb.
Qeyd edək ki, son tamamlama işləri aparılanı Lənkəran Mərkəzi Rayon Xəstəxanasının avqust ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB