ADU-nun 170 tələbəsi mükafatlandırıldı FOTO

ADU-nun 170 tələbəsi mükafatlandırıldı FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-ci ildönümünə həsr edilmiş ADU Tələbə Elmi Cəmiyyətinin illik konfransına yekun vuruldu. ADU-dan SİA-ya verilən məlumata görə, bağlanış mərasimində çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov universitetdə tələbələrin elmlə məşğul olmağına üstünlük verdiyini və bunun da gələcək inkişafda mühüm rol oynadığını bildirdi. Bölmə rəhbərlərinin hesabatları vaxtında təqdim etdiyini deyən prorektor onların işini yüksək qiymətləndirdi. O, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun adından bölmə rəhbərlərinə, eləcə də tələbələrə təşəkkür etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı. Digər çıxış edənlər də tələbələrin böyük fədakarlıq göstərdiklərini yüksək qiymətləndirdilər və daim elm yolunda addımlamağı tövsiyə etdilər.

Konfransda müxtəlif mövzularla iştirak edən tələbələrin 50 nəfəri I dərəcəli, 60 nəfəri II dərəcəli, 60 nəfəri isə III dərəcəli diplomla təltif edildilər.

Qeyd edək ki, aprelin 17-də başlayan ADU Tələbə Elmi Cəmiyyətinin konfransında müxtəlif mövzular üzrə 20 bölmədə iclaslar keçirilib, 900-ə yaxın məruzə dinlənilib. Tələbələr maraqlı mövzularla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə